Azərbaycanlı döyüşçülər Dilqəm və Şahbaza görə ermənilərə xəbərdarlıq etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı döyüşçülər Dilqəm və Şahbaza görə ermənilərə xəbərdarlıq etdi

Ukraynada Rusiyaya qarşı döyüşən azərbaycanlıların “Bozqurd” dəstəsi girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevə ermənilərin işgəncə verməsini vəhşilik adlandırıb.

Publika.az xəbər verir ki, “Bozqurd” qrupu ermənilərə xəbərdarlıq edərək bildirib ki, vaxtı gələndə bunun cavabını verəcəklər.
Azərbaycanlı döyüşçülər lazım olsa, Qarabağa gedərək ermənilərə “dərs keçməyə” hazır olduqlarını da bildiriblər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bozqurdçular Qarabağa gedən və ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun xatirəsini də anıblar.
Qeyd edək ki, Ukrayna ordusunda separatçılara qarşı azərbaycanlı döyüşçülər də vuruşur. Onların, əsasən, Avropadan gələn keçmiş Qarabağ döyüşçüləri olduğu deyilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm