Qənirə Paşayeva AŞPA-da Xocalı Soyqırımından danışıb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva AŞPA-da Xocalı Soyqırımından danışıb

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının ikinci gününün son plenar iclasında “Avropada qeyri-tolerantlıq və irqçiliyin qarşısının alınmasına dair strategiya” adlı hesabat dinlənilib.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının ikinci gününün son plenar iclasında “Avropada qeyri-tolerantlıq və irqçiliyin qarşısının alınmasına dair strategiya” adlı hesabat dinlənilib.

Bu mövzu ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımından danışıb.

“Rasizmin, nifrət duyğularının, tolerantsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleya daha çox işlər görməlidir. Amma biz harda, kimlərə qarşı baş verməsindən asılı olmayaraq rasizmin, nifrətin artması, tolerantlığın azalması kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik”, deyə Qənirə Paşayeva bildirib və bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq yollarından danışıb.

Onun sözlərinə görə, bunun üçün üzv ölkələrdə, xüsusilə böyüyən gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial və cinsi qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir, təhsil, mətbuat və medianın bu məsələdə rolu böyükdür: “Təssüf ki, biz görürük ki bəzi yerlərdə rasizmin, nifrətin artması və tolerantlığın azalmasında siyasətçilərin açıqlamaları, mətbuat və media, özəlliklə sosial media böyük rol oynayır. Rasizm, nifrətin, toleransızlığın artmasının qarşısını ala bilməsək bu yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər ki, biz hamımız bunu məsuliyyətini bu gündən dərk etməliyik. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Qeyd etmək istərdim ki, məhz Ermənistanda təhsil və kütləvi informasiya vasitəsiylə siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı zorla və əziyyət çəkərək qovuldu. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək, 20 mindən çox azərbaycanlını qətlə yetirdi”.

Qənirə Paşayeva Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımın törədildiyini, 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşadığını bildirib və AŞPA-nın qəbul etdiyi 1416 saylı Qətnaməsinə baxmayaraq, Ermənistanın onların öz evlərinə dönməsinə imkan vermədiyini qeyd edib: “Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Ermənistanın nümayəndə heyəti isə öz ölkəsində AŞPA-nın bu qətnaməsinin yerinə yetirilməsi istiqamətində çalışmaqdansa, Assambleyadakı millət vəkillərinə doğru olmayan məlumatlar verir. Biz az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan xanım Azərbaycanla, xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz”.

“Ermənistanın Azərbaycan ərazilərinin 20% ərazilərinin işğal altında saxlamasına, 1 milyon azərbaycanlıların 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönə bilməməsinə baxmayaraq, bu il də siz Azərbaycana səfəriniz zamanı ölkəmizdə yaşayan minlərlə erməni əsilli vətəndaşlarımızı görə bilər və onlarla söhbət edə bilərsiniz. Onlar sizə gerçəyi daha yaxşı söyləyər. Amma gəlin görək Ermənistanda vəziyyət necədir? Ermənistanda bircə nəfər olsa da azərbaycanlı yaşamır. Çünki bütün azərbaycanlılar oradan qovulublar. Təəssüf edirəm ki, Ermənistandan olan həmkarlarımız Assambleyamıza doğru olmayan məlumatlar verirlər və bununla da gərginliyin daha da artmasına səbəb olurlar”, deyə Qənirə Paşayeva əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm