Yusif Bağırzadə: “Müxalifətdə avtoritarlıq mövcuddur”
Bizi izləyin

Nida.az

Yusif Bağırzadə: “Müxalifətdə avtoritarlıq mövcuddur”

“Tələsik hansısa qurum yaradıb, sonra onu dağıtmaq, müxalifəti xalqın gözündən salmaq adətindən əl çəkmək lazımdır”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Publika.az-a açıqlamasında müxalifətin hazırkı vəziyyətini şərh edərkən deyib. Onun fikrincə, müxalifətin geniş birliyinə nail olunmamasının ən başlıca səbəbi məqsədlərin, amalların tamamilə fərqli olmasındadır: “Müxalifətin bir hissəsi fikirləşir ki, aranı qarışdırmaqla, situasiyanı gərginləşdirməklə nəyəsə nail olmaq, hakimiyyətə gəlmək mümkündür.

Bu, artıq keçilmiş və özünü tamamilə doğrultmayan vasitədir. Hakimiyyətin güclü olduğu vaxt belə oyunlara getmək də düzgün deyil. İkincisi, bildiyiniz kimi, 2010-cu ildə AMİP-ə sədr seçiləndə birləşməklə bağlı bəyanatlar verdim. Siyasi partiyalar birləşməli və qərarlar konsensus yolu ilə qəbul olunmalıdır. Əfsus ki, buna bütün partiyalar razılaşmadılar. AMİP də daxil olmaqla bir neçə siyasi partiyalar buna razılıq versələr də, siyasi müxalifət düşərgəsində ümumi razılığa nail olunmadı”.
Partiya sədri hesab edir ki, hakimiyyətə gəlmək müxalifət üçün şərt olmamalıdır.

Y. Bağırzadə qeyd edib ki, müxalifətin özündə avtoritarlıq mövcuddur. “İstənilən vəzifədə, eyni zamanda, partiya rəhbəri kimi qalmaq avtoritarlıqdan başqa bir şey deyil. Müxalifət hər zaman islahatlar aparılmasının zəruri olduğunu iddia edir. Ancaq müxalifət islahatlara öncə öz daxilində başlamalıdır. AMİP nizamnaməyə uyğun olaraq hər zaman partiya rəhbərliyində dəyişikliyə gedir. Bizdə 3 ildən bir seçkidir və iki müddətə partiya sədri vəzifəsində qala bilərsən. Azərbaycanda isə avtoritar müxalifət liderləri var. Onların ambisiyalarının ucbatından bu gün müxalifət birləşə bilmir”, - deyə AMİP sədri vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm