İŞİD Səfəviləri və Şah İsmayılı təhqir etdi - Şok ittihamlar
Bizi izləyin

Nida.az

İŞİD Səfəviləri və Şah İsmayılı təhqir etdi - Şok ittihamlar

İŞİD Azərbaycanın dövlətçilik ənənələrini yaratmış Səfəvi dövləti ilə bağlı şok ittihamlar irəli sürüb.

Publika.az xəbər verir ki, İŞİD-ə yaxın saytlar bu regionda rafiziçiliyin (şiəliyin daha radikal qoluna qoyduqları ad-red) yayılmasında əsas günahkarı kimi səfəviləri göstərirlər. Yayılan məlumatlarda tarixi təhriflərə yol verilərək, səfəvilərin görkəmli nümayəndəsi, Şeyx İbrahim Səfəvinin vəfatından sonra şeyxlik postuna keçən şeyx Cüneydi Müsəlman Şərqinin fırıldaqçısı kimi təqdim ediblər.

“Şeyx ləqəbi verilmiş İbrahim yaratdıqları sufi ordenin başçısı oldu. O daha çox “şeyx-çar” idi. Çünki özünü çar kimi aparırdı, nəinki ordenin şeyxi kimi. O, Dağıstanda sünnilərə qarşı öz davamçılarını qaldırdı. Onun kiçik oğlu Cüneyd varisi oldu. Hansı ki, o, ordendə hökmdarlığa daha çox meyil edirdi. Onun davamçılarının çoxluğunu görən dövrün hökmdarları ona təzyiq etməyə başladılar. O da Uzun Həsənə gedərək münasibətlərini qaydaya saldı. Cüneyd qızğın şiə idi, şiəliyə sədaqətli şəxs kimi sünnilərlə qatı düşmən kimi mübarizə aparmışdı. Bu təriqət şiəliklə süfizmin qarışığından yaranmışdı. Onun davamçıları sufi idi, amma on iki şiə imamını öz imamları hesab edirdi. Cüneyd sünnilərə qarşı çox amansız idi. Onu Şirvan şəhərində öldürdülər. Onun oğlu Heydər varis oldu.

Bu hadisə göstərir ki, Cüneyd üçün şiəlik o qədər də əhəmiyyətli deyildi. O, sadəcə, nəyin bahasına olursa olsun, hakimiyyətə gəlməyi düşünürdü. Ya şəxsi inamlarla, ya da xəyanətlə. 1459-cu ildə Cüneyd doğma Ərdəbilə qayıtmaq istədi, amma dayısı şeyx Cəfər buna imkan vermədi. O, bacısı oğlunun xəyanətkar xislətini bilirdi. Onda Cüneyd qoşununu Şimala apardı və 1460-cı ildə Samur çayının kənarında döyüşdə ləzgilər tərəfindən öldürüldü. Beləliklə, müsəlman Şərqində görkəmli fırıldaqçılardan birinin şərəfsiz həyatı belə başa çatdı”,-deyə məqalədə iddia olunur.

Daha sonrakı tarixdən də bəhs edən İŞİD-ə yaxın sayt bildirir ki, səfəvi dövlətinin ilk hökmdarı şah İsmayılın qanında türk və yunan qanı axır: “Onlar 12 çalma bağlayaraq qızılbaş adlandırıldı. İsmayılın qanında müsəlman qanı axmırdı. On iki imamı simvollaşdıran on iki çalmalılar ibadətə o qədər də meyilli deyildilər, onlar daha çox təriqət şeyxlərinin şəninə şeirlər və təriflər qoşurdular.

Heydər öləndən sonra oğlu Əli, İbrahim və İsmayıl qaldı. Əli və İbrahim də öldü və İsmayıl Ərdəbildən Xəzər dənizinin sahilində Qilyan şəhərinə yola düşdü. O, erkən yaşından qatı şiəliklə tərbiyə olunurdu və ilk fürsətdə sufiləri qızılbaşları toplayıb atasının və qardaşlarının qatillərindən qisas almağa çalışırdı. Onun xəyalı həyata keçdi və Ağqoyunlu dövlətinə qarşı çıxaraq hökmdarını öldürdü, onun yerini tutdu. Bütün tayfalar ona and içdi və hakimiyyətini qurdu. İsmayıl Səfəvilərin dövlətinin birinci hökmdarıdır. O həm də sünnilərə qarşı qatı düşmən mövqeyində olan hökmdar idi. Onun hökmdarlıq etdiyi ərazilərdə şirklərin yayılması, şiəliyin genişlənməsi, sünniləri sıxışdırıb şiələrin dominant olması - bütün bunlar onun adı ilə bağlıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm