İsa Qəmbərin müşaviri Xədicə İsmayıla: “Keç Əli Kərimlinin partiyasına...”- Şok ittihamlar
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşaviri Xədicə İsmayıla: “Keç Əli Kərimlinin partiyasına...”- Şok ittihamlar

Müsavat başqanının müşaviri Səxavət Soltanlı jurnalist Xədicə İsmayıla sərt ittihamlar irəli sürüb.

Publika.az xəbər verir ki, S. Soltanlı “facebook” səhifəsində X. İsmayıla od püskürüb.

“Əli Kərimlinin qonaq olduğu (İşdən Sonra) verilişdə hansısa təxribatçı qaragüruhun (təxmin etmək olar kimlər tərəfindən göndərilib) yazdığı iftira dolu bir mesajı, Azərbaycan siyasətində ləyaqət simvolu hesab olunan İsa Qəmbərin adını “Əlikramla, Rəhim Qazıyevlə birlikdə Elçibəyi devirən” insanlar kimi oxuması nə deməkdir? İnsan bu qədərmi qərəzli olar?

İsa Qəmbər və dostlarının AXC hökumətini son ana qədər qorumasını bilmirmi? O, sualı səsləndirmişdisə belə, hansısa formada bu suala cavab verilməli idi. Jurnalist etikası deyilən bir şey olmalı idi axı! Bir insanın cavab vermək imkanı yoxdursa, onun haqqında yalan və böhtan səsləndirmək yolverilməz deyilmi? İsa Qəmbərin adının o insanlarla yanaşı, o “məzmunda” hallanması “Azadlıq Radio”sunun “Lider” TV ilə, Xədicə İsmayılın adı isə hansısa böhtançı bir jurnalistlə birlikdə “Vicdanlı jurnalistlər mükafatına” layiq görülməsi kimi bir şeydir. Yenə də vicdanım yol vermədi ki, həmin adlardan hansınısa Xədicə İsmayılla yanaşı yazım. Bunun adı jurnalistika deyil, Müsavata qarşı qərəzin imkan vermirsə, o zaman keç istədiyin partiyaya, lap elə sədri ol. Bu hal Xədicə İsmayıl tərəfindən artıq neçənci dəfədir ki, təkrar olunur deyə yazdım.
Hər şeyin bir həddi olmalıdır, məncə”, - deyə İsa Qəmbərin müşaviri bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm