Seçki texnoloqundan “2015 həyəcanı”: “Xüsusi xidmət orqanları hərəkətə keçməlidir”
Bizi izləyin

Nida.az

Seçki texnoloqundan “2015 həyəcanı”: “Xüsusi xidmət orqanları hərəkətə keçməlidir”

“2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil”.

Bu barədə AVCİYA-nın vitse-prezidenti, seçki məsələləri üzrə ekspert Vəli Əlibəyli Publika.az-a açıqlamasında son vaxtlar beynəlxalq QHT-lər tərəfindən Azərbaycanda qarant ayırmaları fonunda siyasi təşkilatlanma barədə ehtimalları dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya və malik olduğun potensial burda daim xarici maraqların olması ilə müşahidə olunur: “Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirdir. Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz”.

V. Əlibəyli qeyd edib ki, bəzi beynəlxalq QHT-lərin təsnifatından kənar fəaliyyət göstərməsi araşdırılmalıdır.

“Əgər hansısa təşkilat Azərbaycanda başqa məsələlər altında fəaliyyət göstərirsə, xüsusi xidmət orqanları bunun qarşısını almalıdır. Son günlər bəzi təşkilatların qrant məsələsi ilə bağlı xəbərləri hesab etmirəm ki, seçkilərə hesablanıb. Amma ümumi mənada bu Azərbaycana təzyiqdir. Lakin xüsusi xidmət orqanları hərəkət keçməli, qeyri-qanuni fəaliyyəti olan təşkilatları qadağan etməlidir”, - deyə V. Əlibəyli qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm