Müsavat qurultayı 2015-ci il seçkilərindən sonraya keçirilə bilər
Bizi izləyin

Nida.az

Müsavat qurultayı 2015-ci il seçkilərindən sonraya keçirilə bilər

Müsavat Partiyasının qurultayı 2015-ci il parlament seçkilərindən sonraya qala bilər.

Bu barədə Publika.az-a adının açıqlanmasını istəməyən partiya üzvü deyib. Onun sözlərinə görə, partiya daxilində bir qrup şəxs rəhbərliyi buna inandırmağa çalışır. Onlar hesab edirlər ki, seçkiyə bir il qalmış qurultayın keçirilməsi və rəhbərliyin dəyişilməsi partiyanın zəifləməsinə səbəb olacaq.

Müsavat Divanının üzvü, Qurultaya Hazırlıq üzrə Təşkilat Komisətində təmsil olunan Tural Abbaslı məsələ ilə bağlı Publik.az-a bildirib ki, partiya daxilində bu cür təkliflər var. Onun sözlərinə görə, nizamnamə buna imkan verməsə də, faktiki olaraq bu təklifdə həqiqət də var: “Seçki ərəfəsində belə bir addım partiya üçün əks effekt verə bilər. Bunu anlayırıq. Digər tərəfdən də nizamnaməni poza bilmirik. Güman ki, bu məsələlər partiya Məclisinin qarşıdakı toplantılarında müzakirə olunacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm