ABŞ sosioloqlarından etiraf: Putin çox populyarlaşıb
Bizi izləyin

Nida.az

ABŞ sosioloqlarından etiraf: Putin çox populyarlaşıb

ABŞ sosioloqları etiraf ediblər ki, Rusiya prezidenti Vladimir Putinin ölkədə populyarlığı son 6 ildə ən pik nöqtəyə çatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sosioloji sorğunu beynəlxalq mərkəz olan “GALLUP” keçirib.

Sosioloqlar bu populyarlığı Soçi olimpiadasının müvəffəqiyyətlə keçirilməsi və Putinin Krım məsələsində tutduğu qətiyyətli mövqe ilə əlaqələndirirlər.

Sorgunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 83 faizi Putin idarəçiliyini bəyənir, 73 faizi isə əmindir ki, o, doğru siyasi kurs seçib.

64 faiz milli hökumətə etibar etdiklərini bildirib. Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Amerikalı sosioloqlar belə nəticəyə gəlib ki, bu bazar günü prezident seçkisi keçirilsəydi, Putin seçicilərin 54 faizinin səsini ala bilərdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm