Zərdüşt Əlizadə: “Sərdar Cəlaloğluya deyin ki, müalicə olunsun”
Bizi izləyin

Nida.az

Zərdüşt Əlizadə: “Sərdar Cəlaloğluya deyin ki, müalicə olunsun”

Zərdüşt Əlizadə Sərdar Cəlaloğluya müalicə olunmağı tövsiyə edib.

Bu barədə politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun onun atası haqda dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, S. Cəlaloğlu xəstədir: “Düzdür, bu xəstəliyi ağır deyil, amma təbabətə ehtiyacı var. Söz danışanda da bir az ağıllı, məntiqli danışsın”.

Qeyd edək ki, S. Cəlaloğlu musavat.com-un “Zaman-zaman belə informasiyalar və açıqlamalar olub ki, Əbülfəz Elçibəy 1975-ci ildə həbs olunanda Zərdüşt Əlizadənin atası DTK-ya işlədiyi üçün onun üzünə durub. Sizdə bunu təsdiqləyəcək informasiyalar olubmu” sualına cavabında “Konkret olaraq şəxsən Zərdüşt Əlizadənin atasının kimə, necə işləməsi, fəaliyyəti, Əbülfəz Elçibəyin üzünə durub-durmadığı barədə dəqiq informasiya əldə etmək istəyirsinizsə, rəsmi müraciət edib DTK-nın arxivindən məlumatlar, məhkəmə sənədləri, faktlar alıb qəzetinizdə verin” deyib.

Z. Əlizadənin isə buna münasibəti ironik olub.

“Bəli, mənim atam DTK sədri olub, bütün Naxçıvan da ona işləyib”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm