Nida.az
ABŞ kəşfiyyatı: “Putin Yeltsinin taleyini yaşayacaq”
Malayziya təyyarəsinin vurulması Putinin məhvi olacaq.
Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının leqal qolu hesab olunan “Stratfor” Beynəlxalq Araşdırmalar Mərkəzi Putinin məhvə doğru gedişini şərh edib.
Vaxtilə Kosova problemi gündəmə gələndə keçmiş prezident Boris Yeltsinin hakimiyyətinin sonu olacağı proqnozlaşdırıldı və bu baş verdi. Eyni taleyi Putin də yaşaya bilər.
Kosova böhranı: Bu böhran ərzində rus siyasətçiləri Serbiyada NATO müdaxiləsinə meydan oxumağa başladı, nəticədə isə Boris Yeltsinin özü təcrid olundu və hakimiyyətdən getdi.
15 oktyabr 1998-ci il: Həmin dövrdə rus millətçiləri və kommunistləri iddia edirdilər ki, zəif Yeltsin ABŞ və Qərbə hegemon olmaqda kömək edir. Yeltsin hətta Kosovaya dair milli siyasət üzərində nəzarəti itirdi. Ola bilsin ki, Kosova Yeltsinin məhvi idi.
1999-cu ilin dekabrında Yeltsin istefa verdi, ardınca Putin hərəkətə keçdi və 2000-ci ildə prezident oldu.
27 dekabr, 2001-ci il: Putin rəqiblərini əzdi və
müttəfiqləri ilə münasibətlərini yoluna qoydu. Həmçinin, ölkədə
iqtisadi, siyasi sabitliyi yoluna qoydu. Elə görünürdü ki, Rusiya
düzəlir. Bu mərhələdə, həqiqətən də, belə idi.
15 iyul, 2005-ci il: Putin ikinci dəfə prezident
seçiləndən sonra siyasətində dəyişikliyə başladı. Rusiyanın
hegemonluğu istiqamətində fəaliyyətə başlandı. Bu, ilk olaraq,
2008-ci ildə özünü göstərdi.
1 aprel, 2008-ci il: Rusiya əvvəlki Sovet
İttifaqında təsir dairəsini bərpa etmək istiqamətində fəaliyyətə
başladı. Post-sovet ölkələrinə birbaşa və dolayısı müdaxilələr,
Gürcüstan müharibəsi bunu göstərdi.
31 oktyabr, 2011-ci il: Bu müddətdən başlayaraq
sabiq dövlət katibi Hillari Klinton Vaşinqton və Moskva arasında
münasibətləri normallaşdırmaq üçün hərəkətə keçdi və müəyyən
cəhdlər alındı da.
Ukrayna böhranı isə hər şeyi alt-üst etdi. Putinin Ukrayna müdaxiləsi müəyyən mənada Yeltsinin Kosovasına bənzəyir. Hesab etmək olar ki, Putin Yeltsinin taleyini yaşayacaq.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...