Regionda yeni geosiyasi durum: Qarabağ azad oluna bilər
Bizi izləyin

Nida.az

Regionda yeni geosiyasi durum: Qarabağ azad oluna bilər

Türkiyə Gömrük Şurasında azad ticarət zonasına qoşulmaq istəyir.

Xəbər verdiyimiz kimi, bu barədə Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev türkiyəli həmkarı ilə müzakirələrdə razılığa gəlib. Sentyabr ayında bununla bağlı işçi qrupunun yaradılması nəzərdə tutulur.

Publika.az xəbər verir ki, Türkiyənin Gömrük Şurası ilə əməkdaşlığı başlaması Ermənistan üçün yeni problem yaradacaq.

Hələ 2012-ci ildə Ərdoğanın Putinlə görüşündə bu məsələ qaldırılmışdı və Ankara öz istəyini bildirmişdi.

2013-cü ilin noyabrında Sankt-Peterburqa səfəri zamanı Ərdoğan eyni istəkləri yenə səsləndirdi. Bundan əvvəl isə 2013-cü ilin oktyabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin arzusunu dilə gətirmişdi. Bu o sammit idi ki, Ermənistanın ittifaqa qoşulması üçün ilk dəfə Qarabağ şərti açıqlanmışdı.

Bu proses Ermənistan üçün yenidən problemlər yaradır. Çünki Türkiyə azad ticarət zonasına qoşularsa, Ermənistanın da bu birliyə qoşulması üçün sərhədlərini açmalıdır. Bağlı sərhədlərlə eyni birlikdə azad ticarət zonası yaratmaq çətin görünür. Amma Ankara buna razılaşmır. Bu günlərdə Türkiyənin “Taraf” qəzeti Ərdoğanın sentyabrda erməni sərhədlərinin açılmasına başlaması haqda iddia irəli sürsə də, rəsmi Ankara bunu təkzib etdi.

Moskva Ankaranı erməni sərhədini açmaq üçün razı salmağa çalışır, lakin ortada Azərbaycan amili var və nə Ankara, nə də Moskva Bakı riskinə getməyəcək. Belədə ən çətin vəziyyət Ermənistan üçün yaranır. Hazırda bundan duyuq düşən İran Ermənistanı ələ almaq üçün yeni alternativlər irəli sürsə də, İrəvandan “hə” cavabı yoxdur.

Türkiyənin şuraya yaxınlaşması isə Azərbaycan üçün yeni imkanlar açacaq. Belə ki, Ermənistan “Putin ittifaqında” yer almaq üçün Qarabağ problemi ilə yenidən üzləşəcək ki, bu dəfə İrəvanın boyun qaçıracağı çətin görünür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm