Sərkisyan kiçik səhvi ilə özünə quyu qazır
Bizi izləyin

Nida.az

Sərkisyan kiçik səhvi ilə özünə quyu qazır

Ermənistan prezident Serj Sərkisyan Avropa Komissiyasının yeni sədri Jan Klod Yunkerə təbrik məktubu ünvanlayıb.

Erməni prezidentinin bu addımı Avropa Birliyi ilə yaxınlaşmaq üçün atılsa da, ona verilə biləcək cavabın müsbət olacağı gözlənilmir.

Publika.az xəbər verir ki, hazırda ABŞ-Rusiya qarşıdurmasında Ermənistan ikincinin boyunduruğundadır. Bu qarşıdurmada spesifik məsələ kimi Avropanın aparıcı dövləti Almaniyanın Moskva ilə münasibətlərini yaxınlaşdırmaq istəyi görünür. Bu baxımdan, Sərkisyanın təbrik müraciəti geosiyasi proseslərdə ağıllı görünə bilər. Amma Avropanın öz maraqları fonunda Ermənistanı ABŞ-dan, yaxud Rusiyadan qoruyacağı da şübhəlidir.

Erməni ekspertlər Sərkisyanın Avropaya yaxınlaşmaq istəklərinin Moskvada yaxşı qarşılanmadığını hesab edirlər. Onların qənaətinə görə, Sərkisyan özü üçün quyu qazır. Belə ki, Bakını ələ almaq üçün dəridən-qabıqdan çıxan Moskva Sərkisyanın bu kiçik səhvini bağışlamaya bilər və İrəvanda rəhbərliyə yenisini gətirmək üçün hərəkətə keçə bilər. Hansı ki, 2015-ci ildə Ermənistanda parlament seçkiləridir və bu, Moskva üçün əla fürsətdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm