Mübariz Qurbanlının sədr təyinatını YAP belə qarşıladı
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlının sədr təyinatını YAP belə qarşıladı

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, A. Mirzəzadə buna çox sevindiyini deyib.
“Mübariz müəllim bu vəzifəyə layiq insandır. O, bütün həyatı boyu zəhmətkeşliyi, ciddi elmi hazırlığı, müsbət insani xüsusiyyətləri ilə cəmiyyətdə özünə böyük hörmət qazanıb. Həm partiyada, həm parlamentdə fəaliyyəti prinsipiallığı, məsuliyyəti ilə seçilib. Onun təyinatı Prezident cənab İlham Əliyevin hazırlıqlı və nüfuzlu ziyalılara həmişə yüksək dəyər verdiyinin bir daha təsdiqidir.

Mübariz Qurbanlının hörmətli cənab Prezidentin yüksək etimadını doğruldacağına inanır və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm”,- deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm