“Əgər getsən...” - Moskva Bakıya “sərt nümunə” göstərdi
Bizi izləyin

Nida.az

“Əgər getsən...” - Moskva Bakıya “sərt nümunə” göstərdi

Rusiya Moldovadan gələn meyvə-tərəvəz məhsullarını qadağan edib.

Publika.az rus mediasına istinadən xəbər verir ki, dünən Kişinyovun məhsullarında yararsız maddələr aşkar olunaraq götürülüb. Beləliklə də, Moldovadan idxal olunan alma, armud, heyva, ərik, albalı, gilas, şaftalı, həmçinin bu meyvələrin ağaclarının idxalı qadağan olunub. Bununla yanaşı, eyni qadağanın Moldova şərabına da tətbiq ediləcəyi gözlənilir. Artıq Moldovadan gələn ət və ət məhsullarına da məhdudiyyətlər qoyulub.
Bu, Kişinyovun Gömrük Şurasında üz döndərərək, Avropa Birliyi ilə assosiativ saziş imzalamasına cavabdır.

Eyni yanaşma Ukraynaya qarşı da sərgilənəcək. Bu isə hər iki ölkənin iqtisadiyyatı üçün ağır zərbədir. Çünki Moldova və Ukrayna məhsullarının əsas ixracatçısı Rusiya idi.

Rusiyalı ekspert Aleksandr Mixaylenko hesab edir ki, bu, Moskvanın “dərsidir”. Onun sözlərinə görə, bu ölkələrə qarşı Rusiyanın gülərüz yanaşmayacağı bəlli idi: “Amma bu qədər sərt formada olacağı da gözlənilmirdi. Moskva bununla digərlərinə nümunə də göstərir, yəni eyni addımı atan belə olacaq”.

Ekspert qeyd edib ki, Rusiyanın nümunə göstərmək istədiyi ölkələr Cənubi Qafqaz ölkələridir.

“Hansı ki, Gürcüstan da Moldovanın yolunu gedir, lakin bu regionda situasiya bir qədər fərqlidir. Ermənistan Rusiyanın müttəfiqidir. Əsas məsələ Azərbaycandır. Moskva Bakıya “Əgər getsən, bu vəziyyətə düşə bilərsən” mesajını verir, Azərbaycanınsa bu addımı atacağı hələ ki görünmür. Lakin eyni mesaj ümumilikdə verilir və region ölkələrinin hər biri öz nəticəsini çıxardacaq”,- deyə ekspert bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm