İsa Qəmbərin adamından Səməd Vurğuna “stalinsayağı” təhqir
Bizi izləyin

Nida.az

İsa Qəmbərin adamından Səməd Vurğuna “stalinsayağı” təhqir

Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunu “səviyyəsiz” adlandırması sosial şəbəkələrdə və mediada geniş rezonans doğurub.

Publika.az xəbər verir ki, H. Hacızadə ona olan iradlara münasibət bildirib. Politoloq qeyd edib ki, üç gündür interneti işləmədiyindən onun fikirlərinə olan münasibətlə təzəcə tanış olub: “Görürəm ki, mediada əməlli-başlı stalinsayağı kampaniya başlayıb - Səmədi və sovet poeziyasını məndən müdafiə edirlər. Naftalin iyi verən adamları yığıb məni söydürürlər. Xalqın beynini Sovet vaxtından elə yuyublar ki, indiyə qədər Stalin – Səməd – Nərimanov... deyə-deyə qalıb.

“Hikmət Hacizadənin məqsədi var!” Bəli, məqsədim var! Məqsədim odur ki, Səməd kimi adamlar Azərbaycanda yetişməsin. Səməd gənclərimiz üçün nümunə olmasın. Məddahlıqla, satqınlıqla heç kim ailə saxlamasın. Kəpəzə çıxıb, Göy-gölə baxıb kabab yeməkdənsə, bəxtsiz Ana vətənimizə baxıb düşünsün. Deyirlər, Səmədin “Azərbaycan" şerini oxu. Mənim “Azərbaycan” şerim budur”, - deyə o Almaz İldırımın “Azərbaycan” şeirini paylaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm