AXCP dini radikallara haqq qazandırır
Bizi izləyin

Nida.az

AXCP dini radikallara haqq qazandırır

“Meşə qardaşları” və “Ceyşullah” radikal dini qrupların hakimiyyətə qarşı müharibəyə hazırlaşması ölkə gündəmini dəyişdi. Son günlər Azərbaycanda radikalizmin sürətlə meydana çıxması, Suriyada döyüşənlərlə bağlı yeni xəbərlərin gəlməsi terror təhlükəsindən xəbər verir. Söhbət terrordan gedir, yəni burdan qaynaqlanan təhlükənin təkcə hakimiyyətə qarşı deyil, bütövlükdə cəmiyyətə və ölkəyə qarşı olması da açıq şəkildə ortadadır. Lakin AXCP bu müharibə çağırışında hakimiyyəti günahlandırır və bir növ “bu da azdır” mesajını verir.

Publika.Az xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “facebook” səhifəsində bununla bağlı fikirlərini bölüşüb. Onun fikirlərini olduğu kimi təqdim edirik: “Başlandı. Uzun zamandır ki, deyirdik demokratik proseslərin boğulması, dinc mübarizə tərəfdarı olan insanlara qarşı siyasi repressiyaların aparılması radikal mübarizəyə meydan açacaq. İqtidardakılar inanmırdılar, “belə gəlib, belə də gedəcəyinə” çox arxayın idilər.
“Meşə qaradaşları” və “Ceyşullah” dini təşkilatları Azərbaycan iqtidarına qarşı cihad qərarı veriblər və silahlı mübarizəyə başlayacaqlarını bəyan ediblər.

İndi dubinkalarla özünüzün, övladlarınızın, villalarınızın üstünə gələcək canlı bombalardan, terror aksiyalarından qorunun görək necə qorunacaqsınız? Bütün narazıların elə özün yandıracağını, öldürəcəyinimi gözləyirdiniz? Azərbaycandan qat- qat güclü, professional kəşfiyyat təşkilatı olan ölkələr silahlı mübarizənin, terrorun qarşısını kəsə bilmirlərsə, sizlər necə edəcəksiniz? Bu hələ başlanğıcdır. Bu gedişlə ölkəni təhlükəli qarşıdurmalara sürüklədiyinizi anlayanda isə çox gec olacaq”.

Siyasi mübarizədə opponentlərin bir-birinə qarşı hücumları normal və siyasi texnologiyanın elementlərindəndir. Lakin burda hücum ediləcək obyekt Azərbaycandır. AXCP rəsmisinin dediyi “canlı bombalardan, terror aksiyalarından qorunun görək, necə qorunacaqsınız?” sözləri nə dərəcədə doğrudur, bu, suallar yaradır. Əsas sualsa budur: “AXCP hakimiyyətə qarşı dini radikallarla birləşir?”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm