Daha bir NATO ölkəsinin prezidenti Bakıya gəlir
Bizi izləyin

Nida.az

Daha bir NATO ölkəsinin prezidenti Bakıya gəlir

Yaxın vaxtlarda Litva prezidenti Dalya Qribauskaytenin Azərbaycana səfəri nəzərdə tutulub.

Bu barədə Publika.az-a diplomatik mənbədən məlumat daxil olub.

Səfər çərçivəsində Azərbaycan və Litva prezidentləri arasında təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər zamanı keçiriləcək görüşlərdə ikitərəfli və beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycanın iştirak etdiyi “Şərq tərəfdaşlığı” Proqramına Litvanın verdiyi dəstək və sairə məsələlərin müzakirəsi gözlənilir.

Xatırladaq ki, Litva Prezidenti Dalya Qribauskayten Azərbaycana sonuncu dəfə 2011-ci ilin mayında səfər edib.

Onu bildirək ki, Litva dövləti 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm