KTMT ləğv edilir: Putin NATO-ya alternativ ordu yaradır
Bizi izləyin

Nida.az

KTMT ləğv edilir: Putin NATO-ya alternativ ordu yaradır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ləğv edilir.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib. Məlumata görə, bu gün Valdimir Putinin təcili olaraq çağırdığı Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə olunub və qərar qəbul edilib. Mənbə Moskvanın post-sovet məkanında yeni hərbi ittifaq yaratmaq istəyində olduğunu iddia edir. Belə ki, bu ittifaq daha cəlbedici və NATO-ya alternativ ola biləcək.

Rusiyalı politoloq Moskvanın belə bir addım atmaq istəyini yaxınlaşan NATO təhlükəsi ilə izah edir.

Qeyd edək ki, hərbi siyasi birlik olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Lakin 2012-ci ildə Özbəkistan birlikdən ayrılıb.

Birlik Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları ilə yadda qalıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm