“Milli Şura Cəmil Həsənlinin REAL-a keçməsindən ehtiyat edir”
Bizi izləyin

Nida.az

“Milli Şura Cəmil Həsənlinin REAL-a keçməsindən ehtiyat edir”

Onun özü də belə bir istək ifadə etməyib. Milli Şurada bununla bağlı ehtiyatlanırlar ki, birdən Cəmil bəy qurumdan ayrılar, REAL-a gələr. Cəmil bəyə böyük hörmətimiz var. Dəyərli ziyalımızdır, seçkidə də onu dəstəkləmişik

“Milli Şurada ehtiyat edirlər ki, Cəmil Həsənli REAL-a gələr”.Bu barədə REAL Vətəndaş Hərəkatının Məclis sədri Erkin Qədirli Publika.Az –a açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin REAL-a keçməsi ilə bağlı ehtimallara münasibət bildirərkən deyib. Hərəkat rəsmisi qeyd edib ki, Cəmil Həsənli ilə bu barədə danışıq aparmayıblar: “Onun özü də belə bir istək ifadə etməyib. Milli Şurada bununla bağlı ehtiyatlanırlar ki, birdən Cəmil bəy qurumdan ayrılar, REAL-a gələr. Cəmil bəyə böyük hörmətimiz var. Dəyərli ziyalımızdır, seçkidə də onu dəstəkləmişik. Lakin siyasi gələcək haqqında söhbətimiz olmayıb. Nə onu dəvət etmişik, nə də özü belə istək ifadə edib. Ola bilsin ki, bununla bağlı Milli Şurada fikirlər var. Görürsünüz də bir-birini söyürlər, didişirlər. Bu onlar üçün yeni mövzudur. Amma tam məsuliyyətlə deyirəm ki, belə bir fikir yoxdur”.

Qeyd edək ki, seçkidən sonra C. Həsənlinin Milli Şuradan ayrılacağı və REAL-a keçə biləcəyi haqqında ehtimallar var idi. Bununla bağlı politoloq Zərdüşt Əlizadə də bildirmişdi ki, seçkidən sonra bu baş verə bilər. Milli Şuranın hazırki durumunda bir sıra ekspertlər C. Həsənlinin perspektivi yaxşı görünən REAL hərəkatına keçməsini istisna etmirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm