• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Elmar Məmmədyarovdan Qarabağla bağlı sərt çıxış

  • Nida.az
  • 23 İyul 2014 10:29
  • 554 Baxış
Elmar Məmmədyarovdan Qarabağla bağlı sərt çıxış

Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səylər göstərir.

Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə bildirib.

Onun sözlərinə görə, yuxarıda qeyd edildiyi saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır.

"Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır.

Hazırda Avropa İttifaqına etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa Birliyi bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Avropa Birliyinin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir.

Ticarət məsələsinə toxunmuşkən əvvəllər tərəfimizdən müəyyən olunduğu kimi təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktlara münasibətdə narahatlığımızı ifadə etmək istərdim. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa Birliyi bazarlarında satılır. Bu Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir. Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq etmişdir. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram", - nazir deyib.

AzVision.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR