47 milyard dollar Rusiya bazarlarından çıxarıldı – Şok iflas
Bizi izləyin

Nida.az

47 milyard dollar Rusiya bazarlarından çıxarıldı – Şok iflas

Rusiya maliyyə bazarı artıq altıncı gün tədricən aşağı enir.

Publika.az xəbər verir ki, “Bloomberg” nəşrinin verdiyi məlumata görə, Rusiyanın böyük şirkətlərinin səhmləri qiymətini itirir, investorlar öz pullarını Rusiyadan çıxarır. Ehtimal var ki, sanksiyaların üçüncü səviyyəsinin tətbiqi ödəniş riskini daha da artıracaq.

Nəşrin analitikləri qeyd edirlər ki, vəziyyət “Boinq 777” təyyarəsinin vurulmasından sonra daha da pisləşib.

“Micek İndexdə Rusiya fond indeksi 2,4 faizə qədər düşdü. Ötən həftə investorlar Rusiya bazarından təxminən 47 milyard dollar çıxarıb. Bu son dörd ayda ən pis göstəricidir”, - deyə Bloomberg yazır.

Məlumata görə, qaz sənayesi səhmləri də son iki gündə 2,4 faiz aşağı enib. Bütün bu kataklizmlər Rusiyanın Donetsk kömür hövzəsində separatçılara sponsorluq etməsidir.

R&B-də 25 milyon dollarlıq səhmi idarə edən direktor Andrey Vaşevnik bildirib ki, Putin separatçıları dəstəklədikcə sanksiyalar daha da artacaq. Onun sözlərinə görə, Putin separatçılardan dəstəyini kəsməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm