Dönən çarx: Putin sui-qəsdin qarşısını aldı, yaxud o, nəyi etiraf edir?
Bizi izləyin

Nida.az

Dönən çarx: Putin sui-qəsdin qarşısını aldı, yaxud o, nəyi etiraf edir?

Rusiya prezidenti Vladimir Putinin dünənTəhlükəsizlik Şurasının təcili iclasını çağırması Moskva üçün mənfi tendensiyaların başlanğıcı kimi qiymətləndirilir. Siyasi müşahidəçilər Ukrayna səmasında Malayziyanın “Boeing-777” təyyarəsinin vurulmasından sonra proseslərin Kremldə istənilməyən xətt üzrə inkişaf etdiyini dilə gətirirlər.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın məşhur politoloqlarından olan Stanislav Belkovski “Boeing-777” təyyarəsinin vurulmasından sonra Rusiya üçün tamamilə xoşagəlməz vəziyyətin yarandığını bildirib.

“Putin artıq qalib gəlirdi. O hətta ABŞ və Avropa Birliyi arasında da münasibətləri pozmağı bacarmışdı. Amma “Boeing-777” hər şeyi dəyişdirdi. İndi hamı yenidən Putinə qarşıdır və onu təslim etməyə qərar verib. Ukrayna ordusu ölkənin şərqində şəhərləri bir-bir azad edir. Rusiyada artıq silahlı və “sözə baxmayan” döyüşçülərin tezliklə ölkəyə axışacağından danışır. Onların narazılığından çevriliş vaxtı istifadə edilə bilər”, – deyə o bildirib.


Erməni ekspert Naira Ayrumyan hesab edir ki, Vladimir Putinin çağırdığı Təhlükəsizlik Şurası faktiki olaraq Qərbin sanksiyalarının təsir etdiyinin etiraf olunması idi: “Etiraf olundu ki, Rusiya iqtisadiyyatı xarici dünyadan həddindən artıq asılıdır. Amma əsas odur ki, Putin ölkədə kiminsə rəngli inqilabı həyata keçirməyə çalışdığını etiraf etdi. Təhlükəsizlik Şurasının başlanmasına qədər Rusiya KİV-i yazırdı ki, “müstəqillik və ərazi bütövlüyü” məsələlərinin müzakirə olunacağı iclasda ordunun Ukraynanın Şərqinə daxil edilməsi danışıla bilər. Ancaq Təhlükəsizlik Şurasının iclasından bir neçə saat əvvəl çox şeylər dəyişdi və iclasda tamamilə başqa sözlər səsləndi”.


N. Ayrumyanın sözlərinə görə, Putin Rusiyanın ətrafındakı ilgəyin onun boynuna çox yaxınlaşdığını anlayıb: “Buna görə də o, xüsusi olaraq bildirdi ki, Rusiya rəngli inqilab cəhdlərinə yol verməyəcək. Rusiyada rəngli inqilabı kim etməyə hazırlaşır? Bəlkə, Putin bu dəfə sui-qəsd və çevriliş cəhdinin qarşısını almağı bacarıb?

Putin həm də anlayır ki, bu, sonuncu dəfə olmayacaq. Əbəs yerə deyil ki, Təhlükəsizlik Şurasının katibi Patruşev iclasdan sonra bildirdi ki, müxalifət Putinə qulaq asmalıdır. Hətta Putin müxalifətin xoşuna gəlməsə belə”.


Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Putinin rəhbərlik etdiyi “Vahid Rusiya” Partiyasının siyasəti ölkə iqtisadiyyatını durğunluq həddinə gətirib çatdırıb. “Bunu adi gözlə də görmək mümkündür”, - deyə sabiq nazir deyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm