İmperiyanı çökdürən qəza: 30 il sonra nələr olacaq? - Məxfi
Bizi izləyin

Nida.az

İmperiyanı çökdürən qəza: 30 il sonra nələr olacaq? - Məxfi

Malayziya təyyarəsinin Ukrayna səmasında rusların dəstəklədiyi separatçılar tərəfindən vurulması Moskva üçün çətin vəziyyət yaratdı. Hansı ki Ukrayna böhranında Putin ABŞ-la Avropa Birliyinin arasına girərək mümkünsüz qələbəni qazanmağa yaxın idi. Məhz “Boinq 777”-nin vurulması istər Putinin onsuz da korlanan imicinin uçuruma yuvarlanması, istərsə də Rusiyanın müttəhim kürsüsünə çıxması baxımından əsas səbəb oldu. Bunu Rusiya imperiyasının, yaxud da imperiya iddialarının alt-üst olması ilə nəticələnəcəyini düşünənlər də var.

Publika.az buna oxşar hadisənin SSRİ imperiyasının süqutuna gətirib çıxartması haqda araşdırma aparıb. Söhbət 1983-cü ildə Rusiyanın uzaq şərqində Koreya təyyarəsinin vurulmasından gedir.


30 il öncə nə baş vermişdi?

Cənubi Koreya aviaşirkətinə məxsus “Boeing-747” sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemlər üzündən SSRİ-nin hava ərazisinə girməyə məcbur olub. Amma SSRİ-nin “Su-15” təyyarələri tərəfindən vurulub. Təyyarədəki 269 sərnişinin və ekipaj üzvlərinin hamısı həlak olub.


Məxfi raport: qalib gəldilər, amma SSRİ süqut etdi

1980-ci illərin əvvəllərində SSRİ rəhbərliyi məxfi raport hazırlayır. Bu raporta münasibətdə ikitirəlik var idi: sərt xəttin tərəfdarları və “islahatçılar”. İqtisadi dirçəlişin hansı istiqamətdə aparılmasını özündə ehtiva edən məxfi raport özünü doğrultmadı. Sonda “islahatçılar” qələbə qazandı və SSRİ dağıldı. Məlumatlar var ki, həmin məxfi raportda ABŞ-a qarşı yeni hərəkat da var imiş. Amma əksinə, SSRİ dağıldı. Onsuz da çat verən qırmızı imperiyanın süqutu Koreya təyyarəsinin vurulması ilə sürətləndi.


Bu tipli “qəzalar”, təcrübəyə görə, fərqli reaksiya doğurur. Belə ki, böyük siyasətdən fərqli olaraq, belə hadisələrdə təyyarənin necə və niyə vurulduğu deyil, orda həlak olan insanların taleyi önə çıxır. Bu isə dünya ictimaiyyətinə siqnaldır. Bu baxımdan, eyni taleyi Rusiya yaşaya bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm