İran səfiri redaktorlarımızın suallarını cavablandırdı
Bizi izləyin

Nida.az

İran səfiri redaktorlarımızın suallarını cavablandırdı

Qafqaz müsəlmanlarının dini lideri Allahşükür Paşazadənin dünən verdiyi açıqlamanı təqdir edən Pak Ayin İranın daxili siyasəti barədə də sualları cavablandırmaqdan imtina etməyib

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsin Pak Ayin “Gündəlik Teleqraf” qəzetinə və Publika.Az saytına geniş müsahibə verib. “Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlının, siyasət departamentinin redaktoru Dilqəm Əhmədin, Publika.az saytının redaktoru Cəmaləddin Quliyevin suallarını cavablandıran səfir ölkəsinə qoyulan sanksiyaların ləğvindən sonra İranın bölgədə üzərinə götürdüyü yeni roldan, təmsil etdiyi dövlətin Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlərindən, o cümlədən Urmiya gölü ilə bağlı yaranan problemlərdən danışıb.

Qafqaz müsəlmanlarının dini lideri Allahşükür Paşazadənin dünən verdiyi açıqlamanı təqdir edən Pak Ayin İranın daxili siyasəti barədə də sualları cavablandırmaqdan imtina etməyib. Sabahdan başlayaraq “Gündəlik Teleqraf” qəzetində və “Publika.az” saytında yayımlanacaq müsahibə əsnasında çəkilmiş fotoları təqdim edirik.

İsmayıl

(Fotolar Elçin Muradındır)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm