Nida.az
Hakim partiyada əsas işləri kim görəcək?
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olundu. M. Qurbanlı bu təyinatı ilə Milli Məclisdəki mandatından imtina etsə də YAP-dakı vəzifəsində qalacaq. Lakin partiyanın icra katibi Əli Əhmədovun ötən il Baş nazirin müavini təyin olunması ilə YAP-dakı praktiki fəaliyyət müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov tərəfindən həyata keçirilirdi. M. Qurbanlının təyinatından sonra isə bu işi S. Novruzov təkbaşına yerinə yetirməli olacaq.
Məsələ ilə bağlı Publika.az-ın sorğusunu cavablandıran YAP
mətbuat xidməti isə bildirib ki, partiyadakı rəhbərlik əvvəlki
qaydada davam edir. “Qurultayda YAP-ın sədr müavini Əli Əhmədov
eyni zamanda icra katibi seçilib. Partiyanın sədri cənab Prezident
İlham Əliyev Əli Əhmədova yenidən etimad göstərib. Bu gün də
partiyaya YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov rəhbərlik
edir. O, partiyanın bütün gündəlik işlərinə nəzarət edir. İcra
katibinin də öz növbəsində iki müavini var və böyük kollektivlə
fəaliyyət göstərir. Burada bütün şöbələr işini məsuliyyətlə yerinə
yetirir. Burada heç bir əlavə problem yaxud kənara çıxmalara yol
verilmir. Mübariz Qurbanlı əgər ayrı vəzifəyə təyin olunubsa, onun
yerinə kiminsə müəyyənləşməsi barədə qərar partiya rəhbərliyinin
səlahiyyətindədir”, -deyə mətbuat xidməti qeyd edib.
Asif
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO