• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arseniy Yastenyuk: “Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar komitəsi yaratdı”

  • Nida.az
  • 23 İyul 2014 16:37
  • 426 Baxış
Arseniy Yastenyuk: “Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar komitəsi yaratdı”

Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar həyata keçirmək üçün xüsusi komitə yaradıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Arseniy Yastenyuk şəxsi “facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, sanksiyalar şəxsi və sektorlar üzrə olacaq: “Ukrayna hökuməti separatçılara dəstək verən Rusiyanın hər bir vətəndaşına qarşı sanksiyalar tətbiq edəcək. Komitə həmçinin Ukrayna separatçılarına birbaşa, yaxud dolayısı yolla sponsorluq edən Rusiya vətəndaşları və şirkətlərinə qarşı da sanksiya tətbiq edəcək. Eyni sanksiya Krımın qeyri-qanuni zəbt edilməsini dəstəkləyən ruslar və rus təşkilatlarına da şamil olunacaq. Mən sanksiyalarla bağlı siyahını hazırlamaq üçün komitəyə tapşırıq verdim”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR