Azərbaycan üçün SOS: “...İŞİD təhlükəsi reallığa çevriləcək”
Bizi izləyin

Nida.az

Azərbaycan üçün SOS: “...İŞİD təhlükəsi reallığa çevriləcək”

“İŞİD dünya üçün təhlükəli olduğu kimi, Azərbaycan üçün də təhlükəlidir və bu təhlükə nə vaxtsa reallığa çevrilə bilər”.

Bu barədə şərqşünas politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında İŞİD təhlükəsini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, İŞİD özbaşına hərəkət etmir: “Mütləq onlara dəstək verən qüvvə var. Bu Qərb, yaxud başqası ola bilər. Amma görünən odur ki, Səudiyyə Ərəbistanı onlardan öz maraqları üçün istifadə edir. Ümumilikdə baş verənlərə səbəb olan vəhhabilik Amerikanın Səudiyyə ilə birgə planıdır. Əgər nə vaxtsa Amerika istəsə, İŞİD təhlükəsi Azərbaycan üçün reallığa çevriləcək”.

Politoloq qeyd edib ki, dünya gücləri bir günün içində İŞİD-i məhv edə bilər.

“Amma bu baş vermir. Çünki burda başqa maraqlar var. Lakin bu, getdikcə mənfi tendensiya yaradacaq və başqa terror qrupları eyni davranışlar sərgiləyəcək”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm