Hafiz Hacıyev:"Hacıbala Abutalıbovun oğlu hər zaman.." - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev:"Hacıbala Abutalıbovun oğlu hər zaman.." - AÇIQLAMA

Əgər onun oğlu Azərbaycanda dövlət çevrilişi etmək istəyən radikal dini insanlara qoşulubsa, o zaman Hacıbala Abutalıbovun vəzifədə nə iti azıb?

Müasir Müsavat Partiyası (MMP) sədri, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlunun vəhabiliyi qəbul etməsi və onlara dəstək verməsi barədə məsələyə münasibət bildirib.

Partiya sədri H.Hacıyev Publika.Az-a açıqlamasında deyib ki, Hacıbala Abutalıbovun oğlu hər zaman o dinə qulluq edib: “Hacıbala Abutalıbov Bakını qarış-qarış satıb. Bu adam nə vaxtdan dövləti, xalqı sevən adam olub? Məgər Azərbaycanda Hacıbalanı əvəz edən bir adam yoxdur? Əgər onun oğlu Azərbaycanda dövlət çevrilişi etmək istəyən radikal dini insanlara qoşulubsa, o zaman Hacıbala Abutalıbovun vəzifədə nə iti azıb? Niyə onu o vəzifədə saxlayırlar, mən başa düşə bilmirəm. Məgər onu əvəz edə bilən adam yoxdur?”.

H.Hacıyev yaxın vaxtlarda bəzi məmurların qanunsuz fəaliyyətinə dair yeni məlumatlar açıqlayacağını da bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm