Suriyada döyüşən azərbaycanlıların ideoloqu - Şok detallar
Bizi izləyin

Nida.az

Suriyada döyüşən azərbaycanlıların ideoloqu - Şok detallar

Əl-Qaidənin ideoloqu Suriyada döyüşən azərbaycanlılara müəllimlik edir.

Bu barədə Publika.az-a Türkiyədəki özəl mənbələrdən məlumat daxil olub. Əbu Basir Əl-Tartusi adlı ideoloq dünyadakı bütün gəncləri cihada səsləyir. Hazırda Suriyadakı cihadçılara müəllimlik etdiyi deyilir.

Onun ötən il Suriyada öldürülən azərbaycanlı komandir Əbu Yəhya Əl-Azəri ilə birgə fotoları da var.

Əbu Basir Əl-Tartusi haqda apardığımız araşdırmada ilginc məqamlar ortaya çıxıb. Belə ki, Suriya “cihadı” başlayan gündən cihadçıların əsas ideoloquna çevrilən Əbu Basir 1959-cu il oktyabrın 3-də Suriyanın sahil kəndi olan Tartusda doğulub. Fələstinli bir qadınla evlidir, dörd övladı var.

Sələfi bir ailədə böyüyüb və uşaqlığından bəri “cihad” tərbiyəsi alıb. Onun iki prinsipi var. İslam Allahın dinidir və başqa heç bir din və ya inanc İslamla savaşa bilməz, ona bərabər olmaz. Bu inancı mütləq formada qəbul etdirmək üçün güc tətbiq etmək lazımdır.

Əbu Basir 1980-ci illərdə Suriya “Müsəlman” qardaşları təşkilatında aktivistlərdən olub. Hələ 17 yaşında Tartusda divarlara “cihad” şüarları yazırmış. O, 1981-ci ildə Əfqanıstana gedir, Peşavarda Əl-Qaidənin “cihad” ideoloqu olan Abdullah Azzam ilə tanış olur. 1987-ci iləd İordaniyaya gəlir və Əbu Masab Əl- Zerkavinin yanında yerləşir. Burda kafir hesab olunan ölkələrlə bağlı kitab yazır və buna görə İordaniyadan uzaqlaşdırılır. Yəmənə gedir, üç il burda qalır. Sonra Malaziyaya, ordan da Tailanda gedir. Daha sonra “kafirlər diyarı” adlandırdığı İngiltərəyə köçür və ”Bura kafirlər diyarıdır, lakin burda Allahın dinini azad şəkildə yaymaq imkanları var. Eyni şərait müsəlman ölkələrində tapa bilmədik” deyə özünə haqq qazandırır. 2012-ci ilin fevralında cihad üçün Suriyaya gəlir.

Əbu-Basir Suriyada ilk məzhəb fitvalarını verən şəxsdir. 2011-ci il 2 mart tarixində İngiltərədə yaratdığı “Suriya rejiminə İslam müxalifəti” profili ilə “Facebbok”dan qorxulu məzhəb fitvaları yayıb.

Hazırda Suriyada olan Əbu Basirin oradakı azərbaycanlılar tərəfindən də lider olaraq qəbul edildiyi və ondan islam dərsi aldıqları deyilir. Onun Əl-Qaidə terror təşkilatı üçün də bir ideoloq olduğu bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm