QMİ barədə inanılmaz ittiham: "Verdikləri fətvalar İslama uyğun gəlmir"
Bizi izləyin

Nida.az

QMİ barədə inanılmaz ittiham: "Verdikləri fətvalar İslama uyğun gəlmir"

“Radikallığın artmasının səbəbi QMİ-nin yetərsizliyidir. Çünki adamlar 30 ildir QMİ-yə rəhbərlik edirlər, gənc vaxtlarında necə idilərsə, həmin dövrə uyğun necə hərəkət edirdilərsə, bu gün də yaşlı şəkildə 30 il əvvəlki dövrün şərtləri ilə hərəkət edirlə

Elşad Miri : “Radikallığın artmasında QMİ-nin günahı var”

“Radikallığın artmasının səbəbi QMİ-nin yetərsizliyidir. Çünki adamlar 30 ildir QMİ-yə rəhbərlik edirlər, gənc vaxtlarında necə idilərsə, həmin dövrə uyğun necə hərəkət edirdilərsə, bu gün də yaşlı şəkildə 30 il əvvəlki dövrün şərtləri ilə hərəkət edirlər”.

Bu barədə ilahiyyatçı Elşad Miri Publika.Az –a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dini radikalizmlə bağlı verdiyi fətvasını şərh edərkən deyib. E. Miri bildirib ki, radikalizm birdən-birə ortaya çıxmayıb: “Bu gün bunu gündəmə gətirməklə heç nə dəyişməyəcək. Bununla radikallığın qarşısını ala bilməyəcəyik. Hadisələr baş verəndən sonra müəyyən dövlət qurumları bunun qarşısını almaq üçün onsuz da müəyyən tədbirlər həyata keçirir. Əgər radikallıq varsa, bu, yenə də davam edəcək. Problemin kökündə də QMİ dayanır. Bu gün dindarlar bu qurumu dini mərkəz olaraq qəbul etmir. Məscidlərə toplaşan insanlar onların təyin etdiyi axundları, mollaları normal bir lider kimi qəbul etmirlər. Bunları qəbul etmirlərsə, deməli problemin kökündə onların da günahı var”.

İlahiyyatçı hesab edir ki, düzgün piar aparmaq lazımdır. Onun fikrincə, orta məktəblərdə müəyyən tədris aparılması, universitetlərdə fakültativ olsa belə dini təhsil olmalıdır: “Bu sahədə yaranmış boşluğu doldurmaq lazımdır. O zaman məsələnin müsbət həllinə rəvac verilə bilər. Sadəcə problemi dilə gətirməklə həll olunmur. Problemin hardan qaynaqlandığı, və necə aradan qaldırmağın yolları ilə bağlı konkret müddəalar gündəmə gətirilməlidir”.

İlahiyyatçı hesab edir ki, QMİ-də kadr məsələsi gündəmə gətirilməlidir. Onun sözlərinə görə, bu gün hər kəs əlində bir smartfonla internetə girib istədiyini oxuyur və burda müəyyən təsirlərə də düşmək ehtimalı yüksəkdir.
“Onların fikirləri dəyişir. Halbuki bu, QMİ-nin vəzifəsidir. əgər orda mütəxəssislər varsa, bunu onlar etməlidir. Yoxsa Novruzun vaxtı ilə bağlı fətva vermək, "Novruz Aşura ilə üst-üstə düşürsə, yumurta boyamaq olar, yoxsa yoxⅦ fətvasını verməklə bunlar hara gedirlər. Onlar sadəcə mollalarını attestasiyadan keçirməklə, yas mollası, moizəxan təyin etməklə məşğuldurlar. Buna görə də insanlar başqa yerlərə üz tutur. Nəticədə də göz önündədir”-deyə ekspert bildirib.

E. Miri qeyd edib ki, QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir.

Suriyaya gedən azərbaycanlılarla bağlı da danışan ilahiyyatçı burda da QMİ-nin günahları olduğunu deyib. Bildirib ki, düzgün təbliğat aparılmadığı üçün bunlar da baş verir.“QMİ-nin başı molla, yas biznesinə qarışdığı üçün yəqin ki, buna ikinci-üçüncü məsələ kimi baxırlar. Dövlət tərəfindən müəyyən siqnallar gələndən sonra nəsə açıqlamağa məcbur olublar”-deyə E. Miri vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm