• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

YAP-dan Jirinovskiyə maraqlı reaksiya: “Ona təşəkkür edə bilmirəm, amma...”

  • Nida.az
  • 25 İyul 2014 13:04
  • 493 Baxış
YAP-dan Jirinovskiyə maraqlı reaksiya: “Ona təşəkkür edə bilmirəm, amma...”

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan və Prezident İlham Əliyev haqqında müsbət fikirlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, A. Mirzəzadə V. Jirinovskinin bu fikirlərini yüksək qiymətləndirib: “Hətta qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onu “ənənəvi Jirinovski” ampluasına qaytarmağa cəhd etsə də, o, təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə gətirib. Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb”.

YAP rəsmisi qeyd edib ki, Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyirlər: “Prezident cənab İlham Əliyevin siyasəti daima təqdir edilir. Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır. Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki o, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq, ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib. İndi isə o, Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir. Çünki bunu artıq görməmək mümkün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu, yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşılıqlı surətdə lazımdırlar”.

A. Mirzəzadə bildirib ki, Vladimir Jirinovski, axır ki, bunu başa düşdü.
“Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi”, - deyə o vurğulayıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR