Nida.az
Bakının İrəvan üzərində qələbəsi – Erməni ekspert etiraf edir
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına qoşulan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən 5-ci iclasında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Ermənistana qarşı sərt çıxışını ermənilər Eduard Nalbandyanın məğlubiyyəti kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, E. Məmmədyarov Ermənistanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısındakı öhdəliyini pozur. Belə ki, Ermənistan Avrasiya İttifaqına üzv olmaq istəyi ilə ÜTT ilə münasibətləri təkrar gözdən keçirməlidir. İrəvan bu addımı atarsa, ÜTT-nin indiyə qədər ona verdiyi kompensasiyaları geri qaytarmaq məcburiyyətində qalacaq.
Erməni ekspert Aykazn Qaqriyan Nalbandyanın Məmmədyarovu
mövzudan kənara çıxmaqda günahlandırmasına baxmayaraq, bu məsələdə
bir həqiqətin olduğunu bildirib.
O, E. Nalbandyanın bunu izah etməli olduğunu vurğulayıb.
“O, izah etməlidir ki, nə üçün Ermənistan xarici siyasətini
itirdi və Rusiyanın “filialına” çevrildi? Nə üçün Ermənistan
beynəlxalq aləmdən təcrid olunmuş oldu? Nə üçün İrəvan əlverişli
regional təkliflərə reaksiya vermir? Nə üçün ancaq o layihələrdə
yer alır ki, bu, Moskva üçün əlverişlidir? Nalbandyanın özü bu
proseslərdə hansı rolu oynayır? Hətta nə vaxtsa o, Rusiya xarici
işlər nazirinin müavini olsa belə, bunu izah etməyə məcbur olacaq”,
- deyə erməni ekspert bildirib. O, “Azərbaycan hər şeyi qapadacaq”
deyə Ermənistan üçün təhlükənin uzaq olmadığını bildirib.
Asif
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO