“Özünü artıq başqan hesab edib vəzifə bölgüsü aparır” – Şok açıqlama
Bizi izləyin

Nida.az

“Özünü artıq başqan hesab edib vəzifə bölgüsü aparır” – Şok açıqlama

Müsavat başqanının müşaviri, başqanlığa iddialı olan Səxavət Əlisoy partiya daxilində başqanlıq uğrunda mübarizələrlə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, S. Əlisoy bildirib ki, bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual Müsavat başqanının kim olmasıdır: “Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min kilometrdən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm.
Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır və əminəm ki, belə də olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm