Nida.az
Milli Şurada yenidən qalmaqal başladı: “KXCP bəhanə axtarır”
“KXCP-nin dedikləri ilə etdikləri arasında böyük fərq var”.
Bu barədə Milli Şura Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Publika.az-a açıqlamasında qurumun sessiyasının KXCP qərargahında keçirilməməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, KXCP Milli Şuraya qarşı çıxış edir: “Sonuncu sessiyada Mirmahmud Mirəlioğlu başda olmaqla KXCP üzvləri ayağa durub dedilər ki, bəs, biz Milli Şuranı tərk edirik. Əslində burda görünməyən məsələlər var. Hesab edirik ki, onların bəhanəsiz, heç nədən Milli Şuranı tərk etmək istədikləri haqda hərəkətləri təsadüfi deyil. Ehtimal edirik ki, sessiyanı yenidən orada keçirsək, əvvəlki hərəkətlər yenidən təkrar olunacaq. Onların dediyi başqa, hərəkətləri isə bir başqadır. Biz siyasətdə kifayət qədər bişmiş adamlarıq və qarşını görə bilirik. KXCP-nin sonuncu sessiyada əsas olmadan durub Milli Şuranı tərk etmək haqda bəyanat səsləndirməsi, kimlərinsə Milli Şura üzvü olmaq istəməsinə qarşı çıxması bəhanə idi. Bu bəhanənin nə hüquqi, nə faktiki, nə də siyasi əsası yox idi”.
V. Mirkamal qeyd edib ki, KXCP sədri Koordinasiya Mərkəzinin iclaslarında iştirak etmir.
“Güman edirik ki, KXCP-nin qərargahına toplaşıb sessiya
keçirsək, yəqin ki, bu partiya daha Milli Şuranın tərkibində
olmayacaq. Biz onları başa düşürük. Onların təzədən bəyanat
verərək, “gəlin Milli Şuranın sessiyasını bizim qərargahda keçirin”
deməsi, səmimi deyil”, - deyə o bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!