• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Tovuz ermənilərin hədəfində

  • Nida.az
  • 26 İyul 2014 15:30
  • 685 Baxış
Tovuz ermənilərin hədəfində

“Düşmən vətəndaşlar arasında çaxnaşma yaratmaq istəyir”

-Hərbi ekspert Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Belə ki, axşam saatlarında Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Bunun nəticəsində kənd sakinləri 17 yaşlı Fərid Məmmədov və 52 yaşlı Anya Ələkbərova yaralanıblar.

Ümumiyyətlə, bir neçə ildir ki, düşmənin Tovuz rayonu istiqamətində dinc sakinləri atəşi tutması halları artıb. Belə ki, bu istiqamətdə düşmənin açdığı güllə ilə bir neçə kənd sakinin öldürülməsi hallarıda baş verib. Onlar arasında azyaşlı uşaqlarda az deyil.

Bəs görəsən düşmən tərəfi nədən son illər bu istiqamətdə fəallaşıb?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Teleqraf.com-a açıqlamasında bildirib ki, Ermənistan ordusunun son günlər Tovuz istiqamətində yenidən fəallaşması diqqəti cəlb edir: “Bundan əvvəl də, ümumiyyətlə, il ərzində ermənilər dəfələrlə ordumuzun bu istiqamətdə yerləşən bölmələrinə qarşı müxtəlif növ silahlardan və atəş vasitələrindən istifadə ediblər. Sözsüz ki, əsgərlərimiz də düşmənə layiq olduğu cavabı verib və bundan sonra da onlara yerini göstərəcək”.

Hərbi ekspertin sözlərinə görə, düşmən Tovuz rayonu istiqamətində davamlı olaraq tək əsgərlərimizi deyil, mülki vətəndaşları da atəşə tutur. Onun sözlərinə görə, Ermənistan tərəfi bununla açıq şəkildə istəyir ki, bizi təxribata çəksin və dünyaya işğalçı kimi təqdim etsin.

“Düşmən tərəfi Tovuz rayonun Ermənistanla həmsərhəd olması faktorundan özləri üçün yararlanmaq istəyirlər. Onlar bu həyasızlıqları ilə istəyirlər ki, bizimkilər Ermənistan ərazisinə hücum etsinlər, onlar da bütün dünyaya hay-həşir salsınlar ki, Azərbaycan əsgəri Ermənistan ərazisinə soxulur. Hələ ortalıqda bir şey olmayanda, erməni təbliğat maşını bizi qaniçən, vəhşi obrazında təqdim etməyə çalışır. Ən əsası isə düşmən tərəfi mülki vətəndaşlarımıza atəş açmaqla insanlar arasında çaxnaşma, əsgərlərimizə qarşı inamsızlıq ovqatı yaratmağa cəhd edirlər. Bununla öz məkirli niyyətlərini həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, ciddi narahatçılıq üçün hansısa əsas yoxdur. Ordumuz öz vəzifəsini yaxşı dərk edir”.-deyə Ü.Cəfərov vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR