Sabah Xəzərin statusu məsləsində ciddi dönüş olacaq
Bizi izləyin

Nida.az

Sabah Xəzərin statusu məsləsində ciddi dönüş olacaq

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin sabah Astanada Xəzərin hüquqi statusu məsələsində kəskin dönüş olacağına ümid edir.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin sabah Astanada Xəzərin hüquqi statusu məsələsində kəskin dönüş olacağına ümid edir.

Rusiyalı ekspert Qazaxıstan paytaxtında dənizin hüquqi statusu barədə Konvensiyanın işlənməsi üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində gerçəkləşəcək görüşünə böyük ümidlə baxır.

Adətən belə görüşlərlə diqqəti çəkən elə bir qeyri-adiliyin olmadığını, texniki məqamları addım-adım razılaşdıran peşəkarların işlədiyini bildirən Stanislav Pritçin bir istisnanı dilə gətirib: "Amma bu görüş onunla maraqlıdır ki, Xarici işlər nazirlərinin yazda nəzərdə tutulmuş görüşü ərəfəsində keçirilir. Bu barədə Rusiya Xarici işlər nazir Sergey Lavrov bildirib. Yəni bu aralıq görüşüdür. Nazirlərin görüşü isə ciddi səviyyədir və ola bilər ki, bir ildən sonra məsələ ilə bağlı prezidentlərin sammiti olsun ".

Ekspert bildirib ki, buna görə də bu dəfə dönüş gözləmək lazımdır, çünki dövlət başçıları görüşəcək: “Onlar isə hansısa bir sənədə imza atmaq, anlaşmaya qol çəkmək üçün görüşürlər”. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm