Nida.az
AŞ PA-da Azərbaycanda internetin azad olduğu diqqətə çatdırılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış
plenar sessiyasında " İnternet və siyasət: yeni informasiya və
kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı
hesabatın müzakirəsi zamanı Azərbaycanda internetin azad olduğu və
ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə
çatdırılıb.
Belə ki, mövzu ətrafında çıxış edən Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qeyd edib ki, qlobal
şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit
ictimai-siyasi fikir mübadiləsinitəmin edir. Elektron hökumətin
yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffaf
və daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir.
Internet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və
bloklar, onların platforması haqqında məlumat əldə edir və bu
onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla
yanaşı gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi
təşiri də müşahidə olunur.
Millət vəkili çıxışında Azərbaycanda internetin azad olduğunu da
diqqətə çatdırıb.
"Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının
göstəricisidir. Azərbaycanda internet azaddır. Ölkəmizdə internet
azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin
təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqgerlər, istər
media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad
ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya
resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə
olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib"-
Fətəliyeva bildirib.
O, əlavə edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkədə və
dünyada gedən bütün sıyası proseslərə öz münasibətini azad şəkildə
sosial şəbəkə vasitəsilə bildirir və fikir mübadiləsi aparır.
Müasir cəmiyyət proqresdən imtina edə bilməz. Siyasət də diğər
sahələr kimi yeni texnologoyalarla addımlamalıdır. Lakin
unutmamalıyıq ki, bizim şəxsi baxışlarimiz və mövqeyimiz, kiminsə
tərəfindən təqdim olunan, bəzən qərəzlı, düzgün interpretasiya
olunmayan və qeyri konstruktiv məlumatlar əsasında yox, real
hadisələr və proseslər əsasında qurulmalıdır .
Hesabat ətrafında çıxış edən digər millət vəkili Sahibə Qafarova
internetin müasir cəmiyyətdə xüsusi rolunu vurğulayıb və hazırda
internet kütləvi informasiya vasitələri arasında geniş yayılan
informasiya vasitəsi olduğunu qeyd edib.
S. Qafarova internet resuslarının son on illikdə Azərbaycanda
sürətli inkişaf yolu keçdiyini xatırladıb və ölkəmizdə internetə
çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığını
diqqətə çatdırıb.
"İfadə azadlığı, prüalizm və cəmiyyətin inkişafı üçün vacib olan
digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik
idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin
inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və
social şəbəkələrdən lazımınca isitfadə vacibdir"- Qafarova deyib.
/Trend/
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ