• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bəzi beynəlxalq QHT-lərin qeyri-obyektiv hesabatlarına əhəmiyyət verməmək olar”

  • Nida.az
  • 30 Yanvar 2014 11:00
  • 461 Baxış
“Bəzi beynəlxalq QHT-lərin qeyri-obyektiv hesabatlarına əhəmiyyət verməmək olar”

“Bizim cəmiyyətimiz yüksək inkişaf səviyyəsinə nail olub”.Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov “tvitter” səhifəsində yazıb.

Şöbə müdiri dünyanın bir sıra qeyri-hökumət təşkilatları və beyin mərkəzlərinin hesabatlarında Azərbaycanla bağlı qeyri-obyektiv məlumatların yer aldığını deyib. O qeyd edib ki, cəmiyyətimiz artıq elə yüksək inkişaf səviyyəsinə nail olub ki, bir sıra QHT-lərinı və beyin mərkəzlərinin hesabatlarında Azərbaycanla bağlı qeyri-obyektiv məlumatlara əhəmiyyət verməmək olar.

Qeyd edək ki, “Freedom House” və “Human Rights Watch” təşkilatlarının bu günlərdə Azərbaycanla bağlı yaydığı hesabatı şərh edib. Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı bu dəfə də Azərbaycanı qeyri-azad ölkələr sırasında yerləşdirib.

"Human Rights Watch" təşkilatı da 2014-cü ilin ilk hesabatını açıqlayıb. 2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində guya insan hüquq və azadlıqlarını dəyərləndirən təşkilat budəfəki hesabatında da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır.

Hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistlərin tutulduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR