Dövlət başçılarının Rusiya sammitinin vaxtı təxirə düşə bilər – EKSPERT RƏYİ
Bizi izləyin

Nida.az

Dövlət başçılarının Rusiya sammitinin vaxtı təxirə düşə bilər – EKSPERT RƏYİ

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq kafedrasının müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov yanvarın 29-da Astanada keçirilən Xəzər dənizin hüququ statusu ilə bağlı İşçi Qrupunun növbəti görüşünü şərh edib.

Publika.Az-ın məlumatına görə, R.Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, son vaxtlar dünyada geosiyasi vəziyyət dəyişmədiyi üçün Xəzərrin hüququ statusi ilə bağlı da çox ciddi irəliləyişlər gözlənilmir. O deyib: “Hazırda bu məsələdə real vəziyyət odur ki, Rusiya-İran əməkdaşlığı davam edir və bu əməkdaşlıq daxilində istənilən proseslər onların maraqlarına işləyir. Yəni, İran Rusiya qarşısında istənilən şərti irəli sürür və buna nail olur. Rusiya da bu maraqlara qarşı çıxa bilmir. Bir şeyi bilməliyik ki, bu gün İranda geosiyasi vəziyyət dəyişərsə və İran Qərbə inteqrasiya edərsə, bu, Xəzərin hüququ statusu məsələsinə də təsirsiz ötüşməyəcək. Bu, həm də İranın Rusiya ilə münasibətlərində də dəyişikliyə gətirib çıxaracaq. Ancaq hələlik Xəzərin hüququ statusu ilə bağlı proseslər dəyişilməz qalır. Mən yaxın vaxtlarda Xəzər dənizinin hüququ statusu ilə bağlı real şans gözləmirəm. Hətta, bu Rusiyada planlaşdırılqan Xəzərin hüququ statusu ilə bağlı dövlət başçılarının sammitinin göstərilən tarixdə keçiriləcəyinə də şübhə ilə yanaşıram. Çünki indi geosiyasi vəziyyət dəyişilməz qalır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm