Leyla və Arif Yunusovlarla daha kim əlbirdir?
Bizi izləyin

Nida.az

Leyla və Arif Yunusovlarla daha kim əlbirdir?

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb. Məlumatda diqqətçəkən məsələlərdən biri, Yunusovlar işi ilə bağlı digər Azərbaycan vətəndaşlarının da adının keçməsidir.

Rəsmi açıqlamada konkret adlar çəkilməsə də, yaxın vaxtlarda yeni həbslərin olacağı gözləniləndir. Çox güman ki, həbs olunacaq şəxslər sırasında ölkədən qaçan hüquq müdafiəçisi Mətanət Əzizova da olacaq.

Bir müddət öncə, Mətanət Əzizovanın anası Mirvari Qəhrəmanlının da qızına “ölsəm də, Azərbaycana qayıtma” xəbərdarlığı elə bununla bağlıdır. Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin Leyla Yunusun həbsi ilə bağlı birgə məlumatında bu həbslərin anonsu verilir: “Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm