Bahar Muradova Leyla Yunusun həbsindən DANIŞDI
Bizi izləyin

Nida.az

Bahar Muradova Leyla Yunusun həbsindən DANIŞDI

Milli Məclis sədrinin müavini Bahar Muradova hüquq müdafiəçisi Leyla Yunus barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi qərarına münasibət bildirib.

B.Muradova Publika.az-a açıqlamasında deyib ki, Leyla Yunus hər zaman Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zidd hərəkətlərə yol verib:

“Təkcə son 20 ildə Leyla Yunusun fəaliyyətinə, verdiyi açıqlamada və mövqeyinə baxsaq görərik ki, onun mövqeyi ilə Azərbaycanın milli maraqları arasında nə qədər böyük fərq var. Ona görə də Leyla Yunus personası və fəaliyyəti ətrafında kimlərsə siyasi divident qazanmaq istəyirsə, bu, uğursuz iş olacaq. Elə adamlar var ki, onlar vaxtı ilə bir dalğa üzərində ictimai-siyasi prosesə gəlmiş və eyni iqtidarda təmsil olunmuş şəxslərdir. Görünür ki, bu adamlardan da bəziləri vaxtilə iş birliyində olduğu üçün Leyla Yunusun istintaq altına alınmasından özü üçün təhlükə görür və sairə. Ona görə də Leyla Yunusun istintaq altına alınması halını siyasiləşdirmək və buna başqa don geyindirmək istəyirlər. Ancaq hesab edirəm ki, bu cür düşünənlər öz istəklərinə nail ola bilməyəcəklər. Hesab edirəm ki, istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsini Cinayət-Prosesual Məcəlləsinin tələblərinə uyğun bir prosedur kimi qəbul etmək lazımdır.

Xatırladaq ki, L.Yunusa Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunusova qarşı isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri üzrə ittiham elan olunub.

L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm