“Azərbaycan İran-Səudiyyə qarşıdurması meydanına çevrilir” - İTTİHAM
Bizi izləyin

Nida.az

“Azərbaycan İran-Səudiyyə qarşıdurması meydanına çevrilir” - İTTİHAM

İranlılar hər yerdə deyirlər ki, bəs A. Paşazadə olmasaydı, indi Azərbaycanda şiəlik qalmamışdı. Səudiyyə səfirləri isə burda Həcc məsələsi meydana gələndə heç hökuməti göndərdiyi adamlara viza vermirdilər ki, ancaq A. Paşazadənin razılığı ilə gəlin. Onun

“İstər sələfi dindarların dilindən anti-şiə bəyanatları, istərsə də şiə din xadimlərinin dilindən anti-sələfi bəyənatlarının səslənməsi çox qorxulu haldır”.

Publika.Az xəbər verir ki, bu barədə ilahiyyatçı Altay Göyüşov dini müstəvidə yaşanan son gərginliyə münasibət bildirərkən deyib. A. Göyüşov QMİ sədri Allahşükür Paşazadəni ittiham edib: “A. Paşazadə “Suriya-Suriya” deyə-deyə Azərbaycanı İran-Səudiyyə toqquşmasının meydanına çevirir. Nəzərə alın ki, iranlılar da, səudiyyəlilər də burda öz “dindar” bazalarının məhz A. Paşazadənin köməyi ilə yaradıblar.

İranlılar hər yerdə deyirlər ki, bəs A. Paşazadə olmasaydı, indi Azərbaycanda şiəlik qalmamışdı. Səudiyyə səfirləri isə burda Həcc məsələsi meydana gələndə heç hökuməti göndərdiyi adamlara viza vermirdilər ki, ancaq A. Paşazadənin razılığı ilə gəlin. Onun biznes maraqlarını elə qoruyurdular ki, sanki o, Səudiyyə vətəndaşıdır”.

A. Göyüşov iddia edib ki, QMİ provakasiya ilə məşğuldur. Onun fikrincə, bu üsuldan həmişə şəxsi maraqları üçün yararlanırlar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm