Ermənistan mətbuatından Azərbaycana qarşı növbəti təxribat – FOTOLAR
Bizi izləyin

Nida.az

Ermənistan mətbuatından Azərbaycana qarşı növbəti təxribat – FOTOLAR

Publika.az-ın verdiyi xəbərə görə, qondarma “Dağlıq Qarabağ Respublikası"nın "müdafiə nazirliyi" bəzi silahlar və radio cihazlarının şəkillərini yaymaqla onların öldürülən Azərbaycan əsgərlərindən götürüldüyünü iddia edib.

Ermənilər bildirib ki, onlar təmas xəttini keçən Azərbaycan “diversiya qrupu”nun üzvlərini öldürdükdən sonra onların silah sursatını və radio qurğularını müsadirə edib.

Maraqlı cəhət isə odur ki, ermənilər Azərbaycan hərbçilərindən götürdüyü iddia etdiyi silahlar arasında minaatan da var. Bizimlə söhbətində hərbi ekspertlər isə bildirib ki, diversiya-kəşfiyyat qrupları özləri ilə bu silahı götürmürlər.

Təəssüf doğuran məqam isə odur ki, Azərbaycanın bəzi internet saytları erməni təxribatına uyaraq bu informasiyanı yayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm