Ermənilər rus peyklərinin kəşfiyyat məlumatlarından istifadə edib – Şok iddia
Bizi izləyin

Nida.az

Ermənilər rus peyklərinin kəşfiyyat məlumatlarından istifadə edib – Şok iddia

“Bu real kəşfiyyat məlumatları əsasında həyata keçirilən təxribatdır”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hərbi qarşıdurmanı şərh edərkən deyib.

Politoloq iddia edir ki, sözügedən kəşfiyyat məlumatları süni peyklər vasitəsilə əldə edilib. Q.Hüseynli erməni tərəfində supergüclərdən birinin hərbi təlimatçılarının da olduğunu istisna etmir: “Azərbaycan ordusu kifayət qədər güclüdür. Amma ordumuz konkret kəşfiyyat məlumatları əsasında pusquya salınıb və bu qədər hərbçi itki vermişik. Belə bir vaxtda cəmiyyətin diqqətini öz problemlərimizə yönəltmək üçün kütləvi informasiya vasitələrinin səfərbər olunmasına ehtiyac var. Xüsusilə, telekanallarda şou proqramların verilməsinə həssaslıqla yanaşmalıyıq. Bizim üçün hər şeydən əvvəl Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdir. Azərbaycan cəmiyyətinin hər bir fərqi bu hadisələrə köklənməlidir”.

Ermənilərə kəşfiyyat məlumatlarının kim tərəfindən ötürülməsinə gəlincə, politoloq Rusiyanın adını çəkib: “Heç bir tərəddüd etmədən Rusiyanın adını çəkərdim. Bu bölgədə Ermənistanın qəyyumu olan dövlət Rusiyadır. Ermənistanda hərbi bazası olan dövlət Rusiyadır. Azərbaycana təzyqilər edərək onu tutduğu xarici siyasət xəttindən döndərən ölkə də Rusiyadır. Azərbaycan Qərb üçün ciddi enerji mənbəyidir və bu rol gələcəkdə daha da artır”.

Müsahibimiz hesab edir ki, təmas xəttində son baş verənlərdən sonra lokal hərbi qarşıdurmanın baş verməsi mümkündür. Amma politoloq buna ehtiyacın olmadığını deyib: “İndiki şəraitdə bu Azərbaycan üçün xeyir verə bilməz. Ən azından iki-üç ayı gözləməliyik. Azərbaycan pauza götürməlidir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları hansı nəticələr verəcək. Artıq Rusiyanın başı üzərində qara buludlar qatılaşmaqdadır. Sanksiyaların təsirini gözləmədən meydanı qızışdırmağa heç bir ehtiyac yoxdur. Mümkün provokasiyalardan qaçmaqla yanaşı ermənilərin diversiya hərəkətlərinə qarşı da ayıq-sayıq olmalıyıq. İndiki məqamda irimiqyaslı və yaxud lokal müharibəyə getmək olmaz. Təkrar edirəm, geosiyasi şərait getdikcə xeyrimizə dəyişir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm