Nida.az
“Gələcəkdə daha irimiqyaslı toqquşmaları gözləmək olar” – Rəy
“Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlarımızda gedən döyüşlər bizim üçün müqəddəs xarakter daşımalıdır”.
Publika.az-a açıqlamasında bu sözləri politoloq Fikrət Sadıxov Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hərbi qarşıdurmanı şərh edərkən deyib.
Politoloq qeyd edib ki, atəşkəs razılaşmasının imzalandığı 1994-cü ildən indiyə kimi atəşkəs rejimi formal xarakter daşıyıb: “Atəşkəs odur ki, irimiqyaslı hərbi əməliyyatlar aparılmır. Atəşkəs rejiminin mahiyyəti budur. Eyni zamanda vəziyyətə böyük dövlətlər də müəyyən nəzarət edirdi. Azərbaycan da bu illər ərzində sülh danışıqlarına üstünlük verib. Hazırda vəziyyət müəyyən mənada dəyişib. Ukraynada, Yaxın Şərqdə və dünyanın digər regionlarında vəziyyət gərgindir. Böyük dövlətlərin diqqəti bu problemlərə yönəlib. Eyni zamanda özümüz də başa düşmüşük ki, torpaqlarımızı özümüzdən başqa azad edən olmayacaq”.
F.Sadıxov proseslərin istənilən istiqamətdə inkişafını istisna etmir: “Bu cür toqquşmaların bundan sonra da baş verəcəyi mümkündür. Nəzərə alaq ki, bu son vaxtlar baş verən ilk toqquşma deyil. Təbii ki, vəziyyətdən istifadə edərək konkret addımlar atmalıyıq. Təmas xəttində vəziyyətin dəyişməyəcəyi halda, gələcəkdə daha irimiqyaslı toqquşmaları istisna etmirəm”.
Vəziyyətin gərginləşməsində kənar qüvvələrin maraqlı olub-olmasına gəlincə, politoloq hesab edir ki, bu həmin qüvvələrin maraqları ilə deyil, məhz maraqlarının zəifləməsi ilə izah olunmalıdır: “Qlobal formatda baş verən münaqişələr ola bilsin ki, aparıcı dövlətlərin diqqətini başqa istiqamətə yönəldib və bizə olan maraq zəifləyib. Bu vəziyyəti nəzərə alaraq hesab edirəm ki, yaranmış vəziyyətdən tam istifadə etməliyik”.
Ömər Dağlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı