• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyə cəbhədəki vəziyyətə münasibət bildirdi

  • Nida.az
  • 2 Avqust 2014 23:41
  • 1 257 Baxış
Türkiyə cəbhədəki vəziyyətə münasibət bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən son olaylarla bağlı münasibət bildirib.

Axar.az xəbər verir ki, Nazirlik cəbhədə gərginliyin artmasından narahat olduğunu bəyan edib.

XİN-in yaydığı bəyanatda deyilir:

"Bu hadisələr Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneədir və Dağlıq Qarabağ probleminin təcili həll edilməsinin vacibliyini bir daha ortaya qoyur”.

Qarşıdurmalarda şəhid olan azərbaycanlılara rəhmət, ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verildiyi qeyd edilir:

“Problemin həll edilməməsi tərəflərin mənfəətinə xidmət etmir. Region ölkələri arasında yaxşı qonşuluq və əməkdaşlığa imkan verəcək bir mühitin yaradılmasına maneə törətməkdədir. Türkiyə qonşu və Minsk Qrupunun üzv bir ölkəsi olaraq Dağlıq Qarabağ probleminin həlli daxil olmaqla, bölgədə tam və əhatəli normallaşma istiqamətindəki səylərini qətiyyətlə davam etdirəcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR