“Gərginlik iri güclərin nüfuz nisbətinin dəyişməsinin nəticəsidir” – Bəyanat
Bizi izləyin

Nida.az

“Gərginlik iri güclərin nüfuz nisbətinin dəyişməsinin nəticəsidir” – Bəyanat

«Cəbhə xəttində gərginliyin artması regionda iri güclərin nüfuz nisbətinin dəyişməsinin nəticəsidir”.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözlər Ermənistanın “Predparlament” təşəbbüs qrupu bəyanatında yer alıb.

“Qərb və Rusiya region uğrunda mübarizə aparan tərəflərdir və biri digərini buradan sıxışdırıb çıxarmağa çalışır. Bütün bunların nəticəsində, xüsusilə 3 sentyabrdan sonra ATƏT-in Minsk Qrupunun vasitəçilik potensialının zəifləməsi müşahidə olunur. 2013-cü il 3 sentyabrdan sonra hakimiyyətin xarici siyasətdəki tərəddüdləri Ermənistanın müstəqilliyini kəskin azaltdı”, - bəyanatda deyilir.

“Predparlament” vəziyyətdən çıxış yolu olaraq hesab edir ki, hakimiyyətin zirvəsi idarəçilikdən uzaqlaşdırılmalıdır.

Qeyd edək ki, “Predparlament” təşəbbüs qrupu əhalini yeni milli Ermənistan dövləti yaratmağa çağırır. “Erməni xalqı qarşısında dayanan ekzistensial çağırışlara müvafiq cavab tədbirləri görə bilmək üçün suveren dövlət yaratmalıdır. Bunun üçün birinci şərt milli maraqlar əsasında idarə olunan dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Ermənistanın hazırkı rəhbərliyi şəxsi və klan maraqları naminə xarici qüvvələrin mənafelərinə xidmət edir. Rejimin antimilli və quldur fəaliyyətinin nəticəsi olaraq, nəinki Ermənistan dövlətinin, həm də əhalisinin fiziki mövcudluğu real təhlükə qarşısındadır”, - təşəbbüs qrupunun bir müddət əvvəl yaydığı bəyanatında bildirilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm