• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İlham Əliyev Barak Obamanı təbrik etdi

  • Nida.az
  • 3 Avqust 2014 11:30
  • 365 Baxış
İlham Əliyev Barak Obamanı təbrik etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrik məktubunda deyilir: “Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyuruq. Bu gün qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal əməkdaşlığımız münasibətlərimizə strateji tərəfdaşlıq xarakteri vermişdir. Bu münasibətlərin davamlı və ardıcıl inkişafında Sizin xidmətləriniz böyükdür.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR