Nida.az
Ərdoğan cəbhədəki vəziyyətlə bağlı Prezidentə zəng edib
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından İlham Əliyevə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.
Dövlət başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!