• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ermənistan üçün də sanksiyaların müəyyən dövrü başlaya bilər” – Proqnoz

  • Nida.az
  • 4 Avqust 2014 12:25
  • 651 Baxış
“Ermənistan üçün də sanksiyaların müəyyən dövrü başlaya bilər” – Proqnoz

İyun ayının 31-dən Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər rəsmi İrəvanın niyyətlərini bir daha açıq şəkildə ortaya qoydu. İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.

Bütün bunlar isə bir daha nümayiş etdirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmaq niyyətində deyil. Belə olmasaydı, Fransa prezidenti Fransua Ollandın prezidentlərin görüşü ilə bağlı təklifi, həmçinin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində görüş ehtimalı ermənilər tərəfindən nəzərə alınar və təmas xəttindəki vəziyyət gərginləşdirilməzdi.

Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Ermənistan ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.

Ermənistan tərəfinin təxribatçı addımları nəinki sülh təşəbbüslərini heçə endirir, həm də sərhəddə yaşayan dinc əhalinin təhlükəsizliyini şübhə altına alıb.

Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşüb. Bütün bunlar isə 20 ildən artıq bir müddətdir ki, davam edir. Ermənistanın son addımları da ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Amma beynəlxalq ictimaiyyət bu haqsızlığa göz yumur, işğalçı Ermənistana sanksiyalar tətbiq olunmur.

Azərbaycan torpaqlarının işğalının 20 ildən artıq bir müddətdə davam etməsinə və ona qarşı heç bir ciddi ölçü götürülməməsinə baxmayaraq, Ukraynanın ərazisi olan Krımın Rusiya tərəfindən zəbtindən bir neçə gün sonra bu ölkəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları tətbiq olundu. Keçən müddət ərzində sözügedən sanksiyalar dəfələrlə genişləndirilib və daha sərt şəkil alacağı gözlənilir.

Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Qərb Ermənistana qarşı münasibətləri əvvəlcədən bəlli bir zəminə oturtmaq istəməyib.

Qərbin ikili standartlarının Ermənistan timsalında daha aydın şəkildə özünü göstərdiyini deyən politoloq hesab edir ki, Rusiyaya qarşı sanksiyalar bu və ya digər dərəcədə İrəvanı da zədələyəcək. O, bunu Ermənistanın Rusiyadan tam asılı olması ilə izah edir.

“Rusiyadan tam asılı olan Ermənistan üçün də sanksiyaların müəyyən dövrü başlaya bilər. Azərbaycanın artan strateji rolu fonunda Rusiyaya sığınmış Ermənistanın Qərbin gözündən düşməsi prosesi davam edir”, - Q.Hüseynli deyib.

Ermənistan artıq birmənalı olaraq Moskvanın yanında yer alıb və demək olar ki, üzünü Qərbdən çevirib. Bu amil Qərbin ikili standartlarını dəyişdirə bilərmi?

Müsahibimizin fikrincə, bu, Azərbaycan diplomatiyasının necə işləyəcəyindən asılıdır: “Azərbaycan diplomatiyası aktiv işləsə, BMT-nin qətmanələrini işə salmaq üçün geniş miqyaslı iş aparsa, Qərbin dövlətləri ilə münasibətləri münasibətləri normallaşdıra bilsə, ikili standartları dəyişdirmək mümkündür. Ortada işğal faktı və işğalı davam etdirən ölkə var. İşğal davam etdirilir və Azərbaycana külli miqdarda zərər vurulub. Bunların hamısı fasiləsiz beynəlxalq tribunalarda səsləndirilməlidir. Azərbaycan AŞPA Nazirlər Şurasına sədrlikdən səmərəli istifadə etməlidir. Azərbaycanın əlinə hələ çox fürsətlər düşəcək. Ermənistana qarşı sanksiyaların qəbul edilməsi, bütövlükdə münaqişənin obyektiv həlli üçün səylərini davam etdirməli, problemin siyasi anatomiyasına qiymət verilməsi üçün işlərini davam etdirməlidir”.

Q.Hüsyenli cəbhə xəttində baş verən son hadisələrə Moskva, Vaşinqton və Brüsseldən verilən reaksiyaları da olduqca yumşaq hesab edir: “Bu, ənənəvi mövqelər idi. Bu mövqelər həm də ona görə yumşaq idi ki, yay mövsümü ilə əlaqədar olaraq Qərb ölkələrində siyasi həyat passiv vəziyyətdədir. Digər tərəfdən isə, Qərb hələ də ikili standartlardan xilas ola bilməyib”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR